Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bostancyan təşvişə düşdü: “Sərhəd açılsa, Turanın bir parçası olacağıq”

Bostancyan təşvişə düşdü: “Sərhəd açılsa, Turanın bir parçası olacağıq”

Tarix: 25 Fevral 2023 19:28

"Türkiyə ilə sərhədlərimiz açılsa, Ermənistan Turanın bir parçası olacaq".

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu erməni iqtisadçı Vardan Bostancyan deyib.

"Sərhədlərin bütün aspektlərdə açıq olması, ümumiyyətlə, insanların sərbəst gediş-gəlişi, xüsusən də biznesin sərbəstliyi pis hal deyil, amma bu halda özümüzü qeyri-müəyyənlik içində tapa bilərik. Çünki Türkiyə Ermənistanla müqayisədə iqtisadiyyatın bütün sahələrinin kifayət qədər inkişaf etdiyi, 90 milyon əhalisi olan bir ölkədir. Ermənistan isə elə bir ölkədir ki, orada istehsal yoxdur, heç nə yoxdur, ora-burayla ticarət edir, camaata satır. Belə bir şəraitdə iqtisadi ekspansiya (təsir dairəsi) məsələsi ciddiləşəcək. Ola bilsin, mallar artsın, amma ölkəmiz subyektivliyini tamamilə itirəcək. Nə qədər suverenlikdən, müstəqillikdən, azadlıqdan danışsaq da, Türkiyənin, daha doğrusu, Turanın bir parçası olacağıq", - ekspert bildirib.

Bostancyan Türkiyənin ABŞ, Rusiya və Avropa Birliyi ilə yanaşı, planetin ən böyük güclərindən biri olduğunu söyləyib:

"Bizim kimi kiçik bacı rejimi altında yaşayan ölkələr, əslində, ancaq pafosla sinə döyür, müstəqillikdən danışırlar. Türkiyə isə böyükdür, güclüdür".

Milli.Az


Etiketlər:  Bostancyan təşvişə düşdü Sərhəd açılsa Turanın bir parçası olacağıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ