Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Samiraldo : “Damla küçədən keçirmiş, təsadüfən şou-biznesə gəlib”

Samiraldo : “Damla küçədən keçirmiş, təsadüfən şou-biznesə gəlib”

Tarix: 25 Fevral 2023 21:25

Müğənni Damlanın qeyri-adi fotosessiyası barədə replikanı təqdim etmişdik. Görək, məşhur stilist Samiraldo onun yeni imici barədə nə düşünür?

Sonxeber.net xəbər verir ki, stilist Lent.az-a açıqlamasında bu barədə qəzəblə danışdı. Bildirdi ki, Damla çox zövqsüzdür və o, heç vaxt ulduz ola bilməyəcək:

"O qadın maraqsız biridir və onun haqqında fikir söyləmək mənə yaraşmaz. Nə zövqümə uyğundur, nə də zövqlü bir qadındır. Müğənni kimi də onu bəyənmirəm. O, heç vaxt ulduz statusunu ala bilməyəcək. Onun kimilərinin mahnılarını da dinləmirəm, özlərini də izləmirəm. Söhbət ondadır ki, müğənniyə yaxud yaradıcı insana Allah tərəfindən naxış verilməlidir. Məsələn, mən də naxışlıyam və əlimi nəyə atıramsa, uğurlu alınır. Mahnı oxuyuram partlayır. İşlərim insanlarda maraq doğurur. İnsanlar üçün maraqlıyam. 

Bəs bu insan hansı musiqilərlə gündəmə gəldi? Ara mahnılarla. Nə akademik səsi, nə personal görünüş var. Elə bil küçədən keçirmiş, təsadüfən şou-biznesə gəlib. Heç bir yaradıcılığı yoxdur və o, yaradıcı insan deyil. Bu adam kopyaçıdır. Lady Gaga albomu üçün bu görünüşü ilk dəfə 2010-cu ildə edib. Amma Damlanın taxdığı hicab formasında bir şeydir və çox gülməli görünür. Bu, fərqli bir şey deyil axı. Kibritləri üzünə düzmək nə məna verir? Niyə özünə bunu edir? Başa düşə bilmirəm. Bir sözlə, bu, peşəkar iş deyil". 


Etiketlər:  Samiraldo Damla küçədən keçirmiş təsadüfən şou biznesə gəlib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ