Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ defolt təhlükəsi ilə üz-üzə: Dəhşətli borc ssenarisi bir addımlıqda...

ABŞ defolt təhlükəsi ilə üz-üzə: Dəhşətli borc ssenarisi bir addımlıqda...

Tarix: 26 Fevral 2023 23:12

"ABŞ-ın mövcud borc vəziyyəti narahatlıq doğurur. Bu, Birləşmiş Ştatları qorxulu borc bombası ssenarisinə bir addım da yaxınlaşdırır".

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, məlumatı "Bloomberg"in köşə yazarı və iqtisadiyyat professoru Karl Smit bildirib.

İqtisadçı qeyd edib ki, ABŞ-ın artan faiz ödənişlərini qarşılamaq üçün tezliklə borc götürməli olacağı ehtimalı güclənib: "Bugünkü borc tavanı sabahın qorxunc "borc bombası"dır. ABŞ-ın mövcud borc vəziyyəti narahatlıq doğursa da, perspektiv daha pisdir. Konqresin iki partiyalı Büdcə Ofisi keçən həftə proqnozları yenilədikdə, hazırda ictimaiyyətin əlində olan borcun 2033-cü ilə qədər 31 trilyon dollardan 46 trilyon dollara çatacağı ehtimal edilir. Bu, ölkəni qorxulu "borc bombası" ssenarisinə bir addım daha yaxınlaşdıracaq.

Bir sözlə, borc bombası - bir ölkənin borcu o qədər böyüyür və o, yalnız borcunu ödəmək və faiz ödənişlərini ödəmək üçün borc götürməli olduğu zaman yaranır. Bu, nəzəri olaraq, faiz dərəcələrinin yüksəlməsinə səbəb olur və hökuməti daha çox borc toplamağa məcbur edir. Müəyyən mənada borc bombası bir ölkə üçün ölüm spiralıdır. Çıxış yolları var, amma hamısı ağrılıdır. Bu zərərli dövrə başlayandan sonra onu dayandırmağın yeganə yolu vergilərin kəskin artması, xərclərin eyni dərəcədə kəskin azalması və ya defoltdur.

Digər ssenari dünyanın əsas ehtiyat valyutasına nəzarət edən ABŞ üçün ağlasığmazdır. Konqres, şübhəsiz ki, defoltdan qaçmaq üçün lazımi addımlar atacaq, lakin vergilərin sürətlə artması və xərclərin azalması ölkəni ciddi tənəzzülə və ya daha da pis vəziyyətə salacaq".

Milli.Az


Etiketlər:  ABŞ defolt təhlükəsi ilə üz üzə Dəhşətli borc ssenarisi bir addımlıqda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ