Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2023 07:58
Donbasda hərbi əməliyyatlar aparan Birləşmiş Qüvvələrin Əməliyyatının (BQƏ) komandiri general-mayor Eduard Moskalyovu vəzifəsindən azad edib.
Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müvafiq sərəncam imzalayıb.
Xatırladaq ki, E. Moskalyov bu vəzifəyə ötən il martın 15-də təyin olunmuşdu.
Qeyd edək ki, Birləşmiş Qüvvələrin Əməliyyatı Ukrayna hüquq-mühafizə orqanlarının Rusiya və rusiyayönlü silahlı qrupların (Donbasdakı separatçıların) fəaliyyətinə qarşı yönəlmiş hərbi və xüsusi təşkilati-hüquqi tədbirlər kompleksidir.
Əməliyyat "Donetsk və Luqansk vilayətlərində müvəqqəti zəbt olunmuş ərazilərdə Ukraynanın dövlət suverenliyinin təmin edilməsi üzrə dövlət siyasətinin xüsusiyyətləri haqqında" Ukrayna qanununun icrası ilə nəzərdə tutulub.