Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Niyaməddin Musayev: ''Qardaşım mənə dedi ki, rayonda biabır olmuşuq''

Niyaməddin Musayev: ''Qardaşım mənə dedi ki, rayonda biabır olmuşuq''

Tarix: 27 Fevral 2023 16:25

"Müasirlikdir deyib, hər şeyi geyinib gülünc vəziyyətə düşmək olmaz".

Sonxeber.net xəbər verir ki, bunu Niyaməddin Musayev "525-ci qəzet"ə müsahibəsində deyib. O qeyd edib ki, əvvəlcə qardaşı saçlarının uzun olmasını istəməyib:

"(Saçlarını toplayır) Bu mənə yaraşar? Yaraşmaz axı. İmic insanın üzünə, bədən quruluşuna görə olmalıdır. Geyim də elədir. Hər bir insan geyim seçərkən öz bədən quruluşunu nəzərə almalıdır. Müasirlikdir deyib, hər şeyi geyinib gülünc vəziyyətə düşmək olmaz. Bir gün qardaşım mənə dedi ki, bu nə saçlardır uzadırsan? Rayonda biabır olmuşuq. Mən də dedim yaxşı, o biri otağa keçib başıma bir papaq qoydum, saçlarımı da papağın altına yığdım. Bu dəfə də məni görüb dedi ki, yox, bu Niyaməddin olmadı, elə özün kimi ol".


Etiketlər:  Niyaməddin Musayev Qardaşım mənə dedi rayonda biabır olmuşuq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ