Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş Prokurorluqda yeni təyinatlar

Baş Prokurorluqda yeni təyinatlar

Tarix: 28 Fevral 2023 12:30

Baş prokuror Kamran Əliyevin əmrinə əsasən Vüsal Əliyev Baş prokurorunun böyük köməkçisi vəzifəsinə təyin edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, Vüsal Əliyev bu təyinata qədər Baş prokurorun xüsusi tapşırılar üzrə köməkçisi vəzifəsində çalışıb.

Həmçinin müvafiq əmrlə Rail Bayramlı tutduğu vəzifədən azad olunaraq Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi vəzifəsinə təyin edilib. Qeyd edək ki, Rail Bayramlı bu təyinata qədər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində çalışıb.


Etiketlər:  Baş Prokurorluqda yeni təyinatlar


RƏYLƏR