Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2019 21:00
Bakı. Trend:
“Star Kids Group MMC” şirkətinin təşkilatçılığı ilə Gəncə şəhərində ilk dəfə olaraq Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının 1200 nəfərlik böyük zalında möhtəşəm “Kids Fashion Ganja 2019“ layihəsi keçirilib.
Trend-in məlumatına görə, “Kids Fashion Ganja 2019“ layihəsində 4-14 yaş arasında uşaqlar iştirak ediblər.
Tədbirdə 65 model, 15 modelyer dizaynerin geyim kolleksiyası və tanınmış dünya brendlərinin yeni payız- qış kolleksiyası nümayiş olunub. İştirak edən modellərin 40 nəfəri qız, 25 nəfəri oğlan modeli təşkil etmişdir. Tədbirdə Azərbaycanın məhşur simaları modelyer-dizaynerlər,xalq artistləri və əməkdar artistlər, başda tanınmış Əməkdar incəsənət xadimi, modelyer- dizayner Fəxriyyə Xələfova iştirak etmişdir.
Tədbirin layihə rəhbəri “Star Kids Group” şirkətinin direktoru Aygün Əliyeva qeyd etdi ki: "Məqsədimiz Azərbaycanda xususi istedada malik olan uşaqların və gənclərin yaradıcılıq potensialını inkişaf etdirməklə yanaşı onların ilk öncə vətənimizdə daha sonra ölkə xaricində tanıtmaqdır".
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin