Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əliyar Ağayevin təyinatı ''Olimpiakos''un narazılığına səbəb olub

Əliyar Ağayevin təyinatı ''Olimpiakos''un narazılığına səbəb olub

Tarix: 28 Fevral 2023 21:18

Azərbaycanın FIFA referisi Əliyar Ağayevin Yunanıstan Kubokunun yarımfinal mərhələsində "Olimpiakos" və AEK arasında keçiriləcək cavab oyununa təyinat alması meydan sahiblərini narazılığına səbəb olub.

Sonxeber.net "Report"-a istinadən xəbər verir ki, Pirey təmsilçisinin vitse-prezidenti Kostas Karapapas bununla bağlı özünün instaqram səhifəsində paylaşım edib.

O, Yunanıstan Futbol Federasiyasını verdiyi qərara görə ələ salıb: "Nəhayət, federasiya səsimizi eşitdi və oyunumza böyük liqadan hakim təyin etdi. Məlumdur ki, Azərbaycan öz çayından başqa, La Liqa, Premyer Liqa, Bundesliqa, Serie A və Liqa 1 ilə birlikdə dünyanın ən yaxşısı sayılan çempionatı ilə də məşhurdur! Niyə də yox?!", - Karapapas yazıb.

Qeyd edək ki, qarşılaşma martın 1-də olacaq. İlk görüşdə AEK 3:0 hesabı ilə qalib gəlib.


Etiketlər:  Əliyar Ağayevin təyinatı Olimpiakosun narazılığına səbəb olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ