Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2019 13:24
Bakı. Trend:
Artıq ölkəmizin ən güclü developerləri öz güclərini PAŞA Bank-ın Rəqəmsal Laboratoriyasının təşkil etdiyi müsabiqədə iştirak etməklə sınaya bilərlər. Müsabiqə HackerRank platforması üzərindən keçirilir. İştirakçilar 5 saatlıq onlayn müsabiqədə bir neçə alqoritm, praktiki və nəzəri suallarla sınağa çəkiləcəklər. Müsabiqə Front-end ve Back-end developerler üçün ayrı-ayrılıqda təqdim olunur. Diqqət:
• Back-end müsabiqəsində praktiki suallara Java, PHP, Go, C, C++, JavaScript proqramlaşdırma dillərindən istifadə mümkündür;
• Front-end musabiqəsində praktiki suallara JavaScript programlaşdırma dilində yazmaq mümkündür;
• Müsabiqə başladıqdan sonra vaxtı dondurmaq olmur;
• Müsabiqəyə qatılmadan öncə hackerrank.com saytında qeydiyyatdan keçib və müsabiqədən öncə təqdim olunan formada CV-ni yükləmək lazımdır. Back - end müsabiqəsi üçün: https://lnkd.in/dEppAzY Front - end müsabiqəsi üçün: https://lnkd.in/de5Ezgk Müsabiqədə iştirak üçün son müraciət tarixi 8 May 2019-dur.
Müsabiqəyə qatılacaq hər kəsə bol uğurlar arzu edirik!
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin