Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şakira ilk dəfə Pikedən ayrılmasından danışdı

Şakira ilk dəfə Pikedən ayrılmasından danışdı

Tarix: 1 Mart 2023 07:56

Kolumbiyalı məşhur müğənni Şakira ilk dəfə keçmiş sevgilisi, "Barselona"nın keçmiş müdafiəçisi Jerar Pike ilə ayrılmasından danışıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, Şakira üzləşdiyi xəyanətdən sonra gerçəkləşmədiyi xəyalını da dilə gətirib:

"Əvvəlllər düşünürdüm ki, qadının tam olması üçün yanında mütləq kişi olmalıdır. Uşaqlarımın yanında atası olan böyük bir ailə arzusundaydım. Ancaq həyatdakı bütün xəyallar gerçəkləşmir. Düşünürəm ki, sevgisi məni hər gün bürüyən iki gözəl uşaq sayəsində daha çox mükafatlandırılmışam".

Sənətçi ayrıldıqdan sonra Pikeyə həsr etdiyi mahnını sadəcə sakitləşmək üçün oxuduğu bildirib:

"Əgər mahnılarla özümü ifadə etmək imkanım olmasaydı, düşünürəm ki, indi tamamilə fərqli olardım".

Qeyd edək ki, Şakira və Pike 11 il münasibətdə olublar. Onların Milan və Saşa adlı iki oğlu var.


Etiketlər:  Şakira dəfə Pikedən ayrılmasından danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ