Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tiktokla bağlı çağırış

Tiktokla bağlı çağırış

Tarix: 1 Mart 2023 08:36

Danimarka Parlamenti deputat və bütün əməkdaşları kibertəhlükəsizlik tədbiri kimi casusluq riskinin olduğunu əsas gətirərək, iş telefonlarında Tiktok tətbiqini istifadə etməməyə çağırıb.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, məclis 179 deputata xüsusi elektron ünvan göndərərək, onları Tiktok proqramından istifadə etməkdən çəkinməyə və telefonlarından bu proqramı silməyə çağırıb.

Qeyd edək ki, bu ayın əvvəlində Avropa Komissiyası məxfilik problemləri və artan kibertəhlükəsizliyi əsas gətirərək, işçilərin iş telefonlarında və biznes məlumatlarına çıxışı olan şəxsi smartfonlarında Tiktokdan istifadə etməyi müvəqqəti olaraq qadağan edib.


Etiketlər:  Tiktokla bağlı çağırış


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ