Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı tanınmışlar TOY QİYMƏTLƏRİNİ bahalaşdırıb?

Azərbaycanlı tanınmışlar TOY QİYMƏTLƏRİNİ bahalaşdırıb?

Tarix: 1 Mart 2023 22:50

Ölkədə hər il qiymət artımının şahidi oluruq. İstər ərzaq, istər qeyri-yeyinti məhsullarında qiymət artımı yaşanır. Bəs şou-biznes əhli öz toy qiymətlərində artım ediblərmi?

Milli.Az lent.az-a istinadən bununla bağlı bir neçə məşhur arasında keçirilən sorğunu təqdim edir.

Xalq artisti Brilliant Dadaşovanın da toy qiymətlərində artım olunmayıb.

Xalq artisti Tünzalə Ağayevanın menecerinin Lent.az-a bildirdiyi məlumata görə, müğənni toy qiymətlərində artım etməyib. 

Müğənni Dilarə Kazımova isə toy qiymətində artım edib. Onun meneceri Cabir Əliyevin sözlərinə görə, bu, yeni layihələr yayımlamasına görədir. Belə ki, müğənninin yeni toy qiyməti 3-6 min manat arasında dəyişir.  

Xınayaxdı məclislərinin aparıcısı, tanınmış şairə Nazilə Səfərli lent.az-a açıqlamasında qiymətlərini bahalaşdırmadığını, əksinə, keyfiyyəti artırdığını dedi:

"Qiymət artmayıb, keyfiyyət qalxıb. Məsələn, əvvəl rəqqasələrim qısaboy idi. İndi boyu 1 metr 80-85 santimetr olan rəqqasələri məclislərə götürürəm. Rəqqasənin boyu nə qədər uca olursa, qiymət bir o qədər bahalaşır. Xınayaxdı və digər məclislərdə xərclərim çoxalıb. Amma qiymətləri artırmamışam. Mənim üçün əsas keyfiyyətdir". 

Daha çox Rusiyada toylarda iştirak edən meyxanaçı Samirə Yusifqızı isə məsələyə belə yanaşdı:

"Azərbaycanda az-az oluram deyə, qiymətlərlə maraqlanmıram. Bilmirəm orada bahalaşma nə vəziyyətdədir. Ancaq toy qiymətlərimdə artım etməmişəm. Necə var, elə də qalıb. İnsanın ümumi vəziyyətini nəzərə alıb qiymət demək lazımdır. İmkansız bir ailə məni övladının xeyir işinə çağırırsa, dediyim qiymətə gücü çatmırsa, təbii ki, qiyməti aşağı salıram. Başa düşürəm, bizə də yaşamaq üçün pul lazımdır. Dolanmaq çətindir. Amma insanları da başa düşmək lazımdır".

Müğənni Şəbnəm Tovuzlu və Yaşar Cəlilov da toy qiymətlərində artım tətbiq etməyən tanınmışlar arasındadırlar. 

Milli.Az


Etiketlər:  Azərbaycanlı tanınmışlar QİYMƏTLƏRİNİ bahalaşdırıb


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ