Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya bu ölkələrdə muzdlular toplayır: maaş açıqlandı

Rusiya bu ölkələrdə muzdlular toplayır: maaş açıqlandı

Tarix: 2 Mart 2023 10:22

Rusiya Ukraynadakı itkilərini kompensasiya etmək üçün Suriya və Fələstindən muzdlular cəlb etməyə davam edir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Livan kəşfiyyat xidmətlərindən olan mənbənin "Media Line"ə verdiyi məlumatda bildirilib.

Qeyd olunub ki, Rusiya muzdluları Ukraynada döyüşməyə razı salmaq üçün 350 dollar ödəyir. Daha çox PUA-ları idarə etmək bacarığı və şəhərlərdə partizan müharibəsi təcrübəsi olan könüllülərə üstünlük verilir.

KİV bir sıra Rusiya təşkilatlarının Fələstində adam toplamaqla məşğul olduğunu, Fələstin Milli Administrasiyasının Livandakı nümayəndəliyi ilə əlaqə saxladığını vurğulayıb. Bundan əlavə, Rusiyanın "çirkli" biznesi üçün Livanın Hizbullah radikal qruplaşmasının kuratorlarından istifadə etdiyi də bildirilib.

Nəşrin mənbəsi iddia edib ki, muzdlular əvvəlcədən hazırlıq keçmədən, demək olar ki, dərhal cəbhə xəttinə göndərilir. Artıq 300 nəfər toplanıb, daha 100-ə yaxın adam müharibəyə göndərilməyə hazırlanır.

Bundan əlavə, Kreml Suriya nizami qoşunlarını "almaq" üçün heç bir xərc çəkmir - döyüş əməliyyatlarında iştirak üçün onlara ayda 500-700 dollar vəd olunur.

Milli.Az


Etiketlər:  Rusiya bu ölkələrdə muzdlular toplayır maaş açıqlandı


RƏYLƏR