Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mənzildən gələn naməlum pis qoxu beş nəfəri zəhərlədi - FOTO

Mənzildən gələn naməlum pis qoxu beş nəfəri zəhərlədi - FOTO

Tarix: 5 Mart 2023 10:34

Türkiyənin Kocaeli vilayətində evdə yayılan pis qoxu 5 nəfərin zəhərlənməsinə səbəb olub.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, mənzildən gələn pis qoxu səbəbilə səhər saatlarında eyni evdə yaşayan 4 nəfər zəhərlənib. Həmçinin aşağı mərtəbədə yaşayan polisin də qoxudan zəhərlənərək xəstəxanaya aparıldığı məlum olub. Bölgəyə gələn AFAD qrupları mənzildə xüsusi geyim və qaz maskaları ilə araşdırmalara başlayıb.

Zəhərlənənlərin yaşadığı mənzilin vanna otağının havalandırma boşluğunda işlər gücləndirilib, lakin qoxunun səbəbi tapılmayıb. Bu halda bütün mənzillərdə yoxlamalar aparılıb.

Ərazidəki kanalizasiya qapaqları və mənzilin altında xidmət göstərən restoranın yeməkləri də yoxlanılıb.

Araşdırmalar davam edir.


Etiketlər:  Mənzildən gələn naməlum qoxu beş nəfəri zəhərlədi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ