Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2023 11:30
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının bəzi dairələri müxalifətdəki qarşıdurma fonunda ölkədə mayın 14-də keçirilməsi planlaşdırılan ümumi seçkilərin nəticələrinin əvvəlcədən bəlli olduğu qənaətindədir.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Hürriyət" qəzetində bildirilib.
Qeyd olunub ki, Prezident Rəcəb Tayyib Ərdoğan seçkilərdə böyük fərqlə yenidən qalib gələcək.
"AKP-də seçkilərin lehinə çevrildiyinə dair ümumi bir fikir var. Prezident Ərdoğanın indiyə qədər aldığından daha çox səslə seçiləcəyi güman edilir. Mən də belə insanlarla rastlaşdım: "Nəticə artıq bəllidir". Ümumi tendensiya prezident seçkilərinin birinci turda başa çatmasıdır", - hökumət dairələrinə yaxın olan "Hürriyət"in köşə yazarı Əbdülqadir Selvi vurğulayıb.
Qeyd edək ki, İYİ lideri Maral Akşənər Türkiyənin altı müxalifət partiyasının alyansından çıxıb. Buna səbəb isə beş partiyanın prezidentliyə Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun namizədliyini irəli sürməsi olub. İYİ Partiyası İstanbul və Ankara bələdiyyə sədrlərinin namizədliyini müzakirə etmək istəyib.
İki gün öncə isə müxlifət "Beşli masa" qurub və namizədini bu gün elan edəcək.