Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2023 14:36
Baxmut ətrafındakı vəziyyətlə bağlı Ukrayna Prezidenti Vladimir Zelenski ilə Silahlı Qüvvələrin Komandanı Valeri Zalujnı arasında fikir ayrılığı yaranıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri öz mənbələrinə istinadən yazıb.
Nəşrin məlumatına görə, Zalujnı və Zelenskinin Baxmutda necə hərəkət etməklə bağlı tamamilə fərqli baxışları var.
"Bild" Kiyevin siyasi rəhbərliyindəki bir neçə mənbədən öyrənib ki, bir neçə həftə əvvəl Zalujnı taktiki səbəblərə görə Baxmutdan geri çəkilməyi nəzərdən keçirməyi tövsiyə edib", - məqalədə deyilir.
Eyni zamanda, Kiyev hakimiyyətindən nəşrə bildirilib ki, onlar Baxmutun saxlanılmasını davam etdirmək qərarını düzgün hesab edirlər. Bununla belə, adı açıqlanmayan ukraynalı hərbi analitik nəşrlə söhbətində Ukrayna Silahlı Qüvvələrinin Zalujnının mövqeyini dəstəklədiyini deyib.
Ekspert onu da əlavə edib ki, hərbçilərin əksəriyyəti ukraynalı əsgərlər mühasirəyə alınıbsa, şəhəri saxlamağa davam etməyin heç nəyə lazım olmadığını düşünür.