Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin pop ulduzu Bakıda konsert verəcək - İlk dəfə

Türkiyənin pop ulduzu Bakıda konsert verəcək - İlk dəfə

Tarix: 7 Mart 2023 10:15

Türkiyənin məşhur pop ifaçısı Buray Baskıda konsert verəcək.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, "EVENTS WORLD"un təşkilatçılığı ilə ərsəyə gələcək konsert aprelin 8-nə planlaşdırılır.

"Sen sevdamısın", "Aşk mı lazım", "İstersen", "Senin yüzünden", "Mecnun" və digər dillər əzbəri olan ifaları ilə sevilən ulduz, Bakı Konqres Mərkəzinin səhnəsində möhtəşəm və unudulmaz konsert proqramı ilə sevənlərinin qarşısında olacaq.

Biletləri Iticket.az saytından və şəhərin kassalarından əldə edə bilərsiniz. Həmçinin məlumat üçün qeyd edək ki, 8 mart Beynəlxalq Qadınlar gününə özəl olaraq, 7-8 mart tarixlərində konsertə biletləri 15 faiz endirimlə əldə etmək mümkündür.


Etiketlər:  Türkiyənin ulduzu Bakıda konsert verəcək İlk dəfə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ