Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2023 00:46
"TripAdvisor" səyahət xidməti səyahətçilərin rəyləri və təəssüratları əsasında dünyanın ən yaxşı çimərliklərinin reytinqini tərtib edib. Səsvermənin nəticələri onlayn platformanın rəsmi saytında dərc olunub.
Reytinqin lideri Braziliyanın Fernandu de Noronya arxipelaqında yerləşən kiçik mənzərəli Baya du Sanço çimərliyidir. Təsvirdə göstərilir ki, o, uzaqda yerləşir və bura yalnız daş pilləkənləri piyada enməklə çatmaq olar.
İkinci yerdə Arubanın yumşaq ağ qumlu ən geniş çimərliyi olan "Eagle Beach" qərarlaşıb. Təsvirə görə, burada daşsız və yosunsuz təmiz su var.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, siyahıda üçüncü yeri Avstraliyadakı qumlu çimərlik "Cable Beach" tutur. Səyahətçilər onu üzmək və gün batımını seyr etmək üçün əlverişli adlandırıblar.
Bundan əlavə, dünyanın müxtəlif yerlərində daha 22 yer reytinqə daxil edilib. Onların arasında İslandiyadakı Reynisfyara çimərliyi, Providensialesdəki Qreys Bay çimərliyi, Portuqaliyada Faleziya, Andaman və Nikobar adalarındakı Radhanaqar çimərliyi, Siciliyada "Isola dei Coniglia" və s. yerlərin adları var.