Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Vaqner" rəhbəri ilə Sergey Şoyqu arasında gərginlik var" - Britaniya kəşfiyyatı

Tarix: 8 Mart 2023 13:14

"Vaqner" muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinlə Rusiya Müdafiə Nazirliyi arasında gərginlik var".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

Qeyd olunub ki, Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqunun bu günlərdə Ukraynadakı təmas xəttinə səfəri barədə video yayılıb: "Videonu Rusiya Müdafiə Nazirliyi yayıb. Daha əvvəl Priqojin də cəbhə xəttində olmuş, döyüşçülərlə görüşmüşdü. Çox güman, Şoyqunun səfəri və onun yayılan videosu Priqojinə cavabdır".

Məlumata görə, həmin videodan başa düşülür ki, Şərq Hərbi Dairəsinin komandiri, general- polkovnik Rüstəm Muradov da Şoyqu ilə birlikdə təmas xəttində olub: "Muradov Donetsk vilayətinin Uqledar istiqamətindəki duruma cavabdehdir. Son üç ayda bu istiqamətdə bir neçə uğursuz hücum olub".

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötön il fevralın 24-də başlayıb.

Milli.Az


Etiketlər:  Vaqner rəhbəri ilə Sergey Şoyqu arasında gərginlik var Britaniya kəşfiyyatı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ