Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2023 08:42
Sakit okeanda Kamçatkanın şərq sahillərində 5,1 bal gücündə zəlzələ baş verib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin regional bölməsi məlumat yayıb.
Zəlzələnin mənbəyinin Petropavlovsk-Kamçatskidən 199 km aralıda olduğu dəqiqləşdirilir.
Martın 8-də Kamçatkanın cənubunda 6,1 bal gücündə zəlzələ qeydə alınıb.