Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əfqanıstanda inzibati binada partlayış olub, qubernator ölüb

Əfqanıstanda inzibati binada partlayış olub, qubernator ölüb

Tarix: 9 Mart 2023 13:28

Əfqanıstanın şimalındakı Bəlx vilayətində baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə yerli təhlükəsizlik xidmətinin nümayəndəsinə istinadən "Tolo News" telekanalı məlumat yayıb.

Partlayışın yerli inzibati binasında iclas zamanı baş verdiyi qeyd olunur.

Hadisə nəticəsində vilayət qubernatoru ölüb. Digər ölən və yaralananlar barədə hələ ki məlumat verilmir.

Qətərin "Əl-Cəzirə" telekanalı isə partlayış nəticəsində ölən və yaralananların olduğunu, onların dəqiq sayının məlum olmadığını bildirib.

Milli.Az


Etiketlər:  Əfqanıstanda inzibati binada partlayış olub qubernator ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ