Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldu onun arzusunu reallaşdırdı - VİDEO

Ronaldu onun arzusunu reallaşdırdı - VİDEO

Tarix: 9 Mart 2023 15:56

Suriyada zəlzələdən sonra çətinliklərlə üzləşən Nabil Said adlı azyaşlı portuqaliyalı ulduz Kriştianu Ronaldu ilə görüşüb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, bir neçə gün öncə zəlzələdən çəkiliş edən kanalların birinə açıqlama verərkən Ronaldu ilə görüşmək istədiyini bildirmişdi. 

Nəticədə Said arzusuna çatıb. Görüş Kriştianunun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunun təmsil etdiyi Riyad şəhərində baş tutub. 

Suriyalı Nabil əvvəl Ronaldu ilə görüşüb və sonra onun oyununu izləyib. 

Matçdan sonra açıqlama verən azyaşlı bunları deyib: "Ronaldunu gördüm və bunun yuxu olduğunu düşündüm. Allah yuxu olmaması üçün dua edəcəm". 

Milli.Az


Etiketlər:  Ronaldu onun arzusunu reallaşdırdı VİDEO


RƏYLƏR