Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2023 13:10
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu növbəti dəfə bayağı ifaçıları məsxərəyə qoyub.
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, sənətçi evindəki hamamında krantın əvəzinə quraşdırılan mikrofonun görüntüsünü sosial şəbəkə hesabında paylaşıb.
O, musiqidən və sənətdən anlayışı olmayanlara bu "qurğunu" məsləhət görüb.
"Təzə çıxıb... Bayağı mahnılar oxuyan müğənnilərin çıxdığı yer", - deyə Hüseyn vurğulayıb.
Qeyd edək ki, H.Məhəmmədoğlu tez-tez bayağı ifaçıları sosial şəbəkədə sərt tənqid edir.