Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2023 13:44
Vaşinqton Gürcüstanda vətəndaş müharibəsi hazırlayır, ABŞ üçün bu, sınaqdan keçirdiyi hökuməti devirmək ssenarisidir.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Adalbi Şxaqoşev deyib.
"Vaşinqton Gürcüstanda böyük vətəndaş müharibəsi hazırlayır. Döyüşçülər Ukraynadan Gürcüstana köçürüləndə bunun artıq baş verdiyi aydın olur. Maydan hadisələri zamanı döyüşçülər Gürcüstandan Ukraynaya aparıldı, indi isə Ukraynadan Gürcüstana...", - deyə o bildirib.
Qeyd edək ki, Gürcüstanın vitse-spikeri Giya Volski ölkəyə Ukraynadan Saakaşvili tərəfdarı olan döyüşçülərin gəldiyini iddia edib.