Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xayme qayıdır

Xayme qayıdır

Tarix: 17 Oktyabr 2019 17:12

“Qarabağ”ın  futbolçusu Xayme Romero zədəsini tam sağaldıb.

Qol.az-ın klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı məlumata görə, 29 yaşlı hücumçu bu gün komanda ilə məşqlərə başlayıb.  İspaniyalı oyunçununun Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda  APOEL-ə qarşı keçirəcəkləri oyunda meydanda olması gözlənilir.

Qeyd edək ki, X.Romero Premyer Liqanın 5-ci turunda “Zirə”lə matçda çiynindən zədələnmişdi.

Xatırladaq ki,  Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ”-APOEL görüşü oktyabrın 24-ü saat 20:55-də start götürəcək

 


Etiketlər:  Xayme qayıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ