Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

14 il mağarada gizləndi: Nəvəsinə görə polisə TƏSLİM OLDU

14 il mağarada gizləndi: Nəvəsinə görə polisə TƏSLİM OLDU

Tarix: 12 Mart 2023 23:34

Çinin Xubay əyalətindən olan 50 yaşlı Lyu Mouvfu ölkəsində gündəm olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 2009-cu ilin dekabrında iki dostu ilə birgə yanacaq doldurma məntəqəsini qarət edən Mouvfu düz 14 il gizlənib.

Məlumata görə, yaşadığı yerdən o qədər də uzaq olmayan dağlardakı mağaraya sığınıb. 

Bu illər ərzində gecələr evinə gələrək ailəsi ilə görüşüb və dərhal da geri qayıdıb. Amma nəvəsi olandan sonra artıq dözə bilməyib. 

Ona görə də mağaranı birdəfəlik tərk edərək polisə təslim olub. İndi onu yerli qanunvericiliyə görə 3 ilə qədər həbs gözləyir.

Milli.Az


Etiketlər:  14 il mağarada gizləndi Nəvəsinə görə polisə TƏSLİM OLDU


RƏYLƏR