Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı dairəvi avtomobil yolunda DƏHŞƏTLİ QƏZA: Qadın pəncərədən belə çıxdı - VİDEO

Bakı dairəvi avtomobil yolunda DƏHŞƏTLİ QƏZA: Qadın pəncərədən belə çıxdı - VİDEO

Tarix: 14 Mart 2023 13:34

Bakı dairəvi avtomobil yolunda maşın aşıb, qadın ölüb.

Milli.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

O bildirib ki, bu gün paytaxtın kənar dairəvi yolunun 4-cü km-də "KİA" markalı, 90-NE-840 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü Seyidov Namiq Mirqasım oğlunun maşını yüksək sürətlə və kobud qayda pozuntuları törədərək idarə etməsi nəticəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza zamanı sürücü yüngül xəsarət alıb, sərnişini, 1991-ci il təvəllüdlü Səbinə Məhərrəmova isə ölüb.

"Dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, təəssüflər olsun ki, yenə də bəzi sürücülər yüksək sürətin ölümə səbəb olduğunu belə ağır faciələr başlarına gəldikdən sonra anlayırlar", - DYP rəsmisi vurğulayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Bakı dairəvi avtomobil yolunda DƏHŞƏTLİ QƏZA Qadın pəncərədən belə çıxdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ