Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan regionun Baxmutuna çevrilir - Ovannisyan

Ermənistan regionun Baxmutuna çevrilir - Ovannisyan

Tarix: 14 Mart 2023 13:44

Gürcüstanın Baş naziri Qaribaşvili sensasion bəyanatla çıxış edərək, ölkədə sabitliyi pozmaqda əsas məqsədin Rusiyaya qarşı ikinci cəbhə açmaq olduğuna işarə edib. O, Gürcüstanın "ikinci Mariupol"a çevriləcəyini bildirib.

Tanış vəziyyətdir, hə? Ən azı bu ilin oktyabr-noyabr aylarından Ermənistan eyni istiqamətdə irəliləyir: biz neçə dəfə müsahibələr, məqalələrlə xəbərdarlıq etmişik ki, Praqadan sonra bu hakimiyyət tamam başqa oyun oynayır. KTMT ilə bağlı demarşlar, Rusiyanın Ermənistandakı mövcudluğunun təhlükəsizliyimizi təhdid edən amil kimi qiymətləndirilməsi, Qərbdən turist müşahidəçilərinin cəlb edilməsi və s. hamısı eyni ssenaridir.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanda Alternativ Layihələr Qrupunun üzvü Vaqe Ovannisyan deyib.

"Ermənistan regionda "Baxmut" olmaq yolundadır, çünki bəziləri hakimiyyəti saxlamaq üçün yeganə yolu bunda görür. Gürcüstanda isə vəziyyət başqadır, öz cəmiyyəti ilə daim dialoqda olan adekvat hakimiyyət hələ də var. Nə qədər çətin olsa da, dövləti fəlakətdən xilas etmək üçün dişləri ilə öz doğru yollarını qoruyacaq. Ermənistanda təəssüf ki, "Baxmut ssenarisi"nə səbəb olan hakimiyyətdir.

Əslində Qaribaşvili bilmədən erməni reallığını bir neçə hissəyə böldü:

- fəlakəti dayandırmağa hazır olanlar;

- fəlakət ərəfəsində müşahidəçi rolunda olanlar;

- ölkəmizə bu fəlakəti özləri gətirənlər", - o bildirib.


Etiketlər:  Ermənistan regionun Baxmutuna çevrilir Ovannisyan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ