Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2019 19:12
Bakı. Rufiz Hafizoğlu - Trend:
İstanbul Texniki Universitetinin geologiya fakültəsinin mütəxəssisləri İstanbulda azı 5,8 bal gücündə zəlzələ ola biləcəyini proqnozlaşdırıb.
Trend-in məlumatına görə, yeraltı təkanların İstanbulun Asiya hissəsində ola biləcəyi və böyük dağıntılara səbəb olacağı proqnozlaşdırılıb.
Xatırladaq ki, sentyabrın 26-da İstanbulda 5,8 bal gücündə zəlzələ baş verib, 450-dən çox tikiliyə ziyan dəyib.
Qeyd edək ki, Türkiyə seysmik cəhətdən fəal ərazidə yerləşir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin