Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2023 18:51
İndi isə sülhün vaxtı çatıb. Biz Ermənistana sülh təklif etmişik, 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olaf Şolts ilə mətbuata bəyanatında söyləyib.
"Ümid edirəm ki, bu şansı Ermənistan qaçırmayacaq və nəhayət Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaqdır", - deyə dövlətimizin başçısı vurğulayıb.