Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aparıcının sosial şəbəkə fenomenini müdafiə etməsi gündəm oldu - VİDEO

Aparıcının sosial şəbəkə fenomenini müdafiə etməsi gündəm oldu - VİDEO

Tarix: 14 Mart 2023 20:25

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl cinsini dəyişərək qadın olan sosial şəbəkə fenomeni Selin Cigercinin Konyada gözəllik mərkəzi açmasına yerli əhali üsyan edib. Onlar gözəllik mərkəzinin yerləşdiyi küçəyə axın edərək "Konyadan çıx get!", "Səni burada istəmirik" qışqıraraq, etiraz səslərini ucaldıblar.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, qalmaqallı olayın ardından Ece Üner aparıcısı olduğu "TV100 haber" verilişində Selinin müdafiəsinə qalxıb.

"Burada linç edən bir qrup insandan da soruşmaq lazımdır ki, diva Bülent Ersoyun səfəri zamanı belə bir hadisə baş verdimi? Konyada kişi müridlərini zorlayan bade şeyxinə bu reaksiya verilibmi? İtlərə işgəncə verənlər üçün də eyni izdiham toplandı? Etirazçılar o biznesə lisenziya verən bələdiyyəyə səs vermədimi? Estetik mərkəzə bu qəzəb niyə görədir?", - deyə Ece vurğulayıb.

Milli.Az


Etiketlər:  Aparıcının sosial şəbəkə fenomenini müdafiə etməsi gündəm oldu VİDEO


RƏYLƏR