Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Son müşavirə bütün sahələrdə müsbətə doğru ciddi dönüşün başlanğıcı olacaq

Son müşavirə bütün sahələrdə müsbətə doğru ciddi dönüşün başlanğıcı olacaq

Tarix: 17 Oktyabr 2019 20:09

Bakı. Samir Əli - Trend:

Oktyabr 15-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirə bütün sahələrdə müsbətə doğru ciddi dönüşün başlanğıcı olacaq.

Bunu Trend-ə açıqalamasında sabiq Maliyyə naziri, iqtisadçı Fikrət Yusifov deyib.

İqtisadçının sözlərinə görə, müşavirədə ölkə iqtisadiyyatında əldə olunmuş yaxşı nəticələrlə yanaşı, mövcud olan çatışmazlıqlara sərt münasibət ortaya qoyulurdu: "Prezident islahatlara əngəl törətmək istəyən komanda üzvlərinə ciddi xəbərdarlıq etməklə yanaşı, belələrinin komandanın sıralarında qalmasının mümkünsüzlüyünün də anonsunu verdi.

Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında əngələ çevrilmiş ciddi problemlərdən biri rüşvət və korrupsiyadır. Dövlət başçısı toplantıda bu məsələ ilə bağlı sərt danışdı. Onun “Elə etməliyik ki, Azərbaycanda hər bir sahə şəffaf olsun və ən yüksək standartlara cavab versin. Əlbəttə ki, bu məqsədə nail olmaq üçün korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır. Hesab edirəm ki, hazırda bu mübarizə bizi tam qane edə bilməz” deməsi heç də təsadüfi deyildi. Bu o deməkdir ki, bundan sonra rüşvət və korrupsiya yolu tutan məmurlara qarşı daha sərt bir mövqe sərgilənəcək".

Sabiq nazir deyib ki, bu gün Azərbaycan iqtisadiyyatının ən önəmli məsələlərindən biri qeyri-neft sektorunu sürətli inkişaf relsləri üzərinə qaldırmaqdan ibarətdir:

"Son 4 il ərzində - ölkədə post-neft dövrü elan edildikdən sonra bu sektorun üstün inkişafını təmin etmək üçün Prezident tərəfindən bütün zəruri qərarlar qəbul olunsa da, təəssüf ki, nəticələr hələ ki, gözləntilərə uyğun deyil. Təbi ki, bu vəziyyət islahatların müəllifi kimi Prezidenti narahat edir və bu narahatlıq tam əsaslıdır. Ölkə iqtisadiyyatının uzun müddət neftə söykənərək davam gətirməsi mümkün deyil. Dövlət başçısının bilavasitə təşəbbüsləri ilə son illər ərzində qəbul edilmiş qərarların icrasında sanki hansısa gözə görünməyən əngəllər mövcuddur. Prezident bu səbəbdən toplantıda iqtisadiyyat və maliyyə nazirləri ilə qeyri-neft sektorunun inkişafı ilə bağlı vəziyyəti kifayət qədər çılpaq bir şəkildə müzakirə etdi. Onun nazirlərə “Onda nə üçün bizdə qeyri-neft sektorunda ümumi artım o qədər də böyük deyil? Güzəştlər veririk, subsidiyalar veririk, texnika alırıq, infrastruktur layihələri həyata keçiririk, dövlət investisiya xərcləri kifayət qədər yüksək səviyyədədir. Bütün bu amillər özlüyündə iqtisadi artımı daha da böyük rəqəmlərə gətirib çıxarmalıdır. Amma biz bunu görmürük” deməsi, artıq bəzi komanda üzvlərinin ətalətdən çıxaraq real nəticələr üzərində çalşmağa üz tutması üçün bir çağrış idi. Bu gün Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorundan ixracımızın həcminin əsaslı şəkildə artırılması baş verməlidi. Bunun üçün yerlərdə yüzlərlə yeni istehsal və emal müəssisələri qurmaq lazımdır. Dövlət bu məsələdə sahibkarların yanındadır. Dövlət onlara bütün səviyyədən olan vergi və digər güzəştləri verir. Lakin dövlət bu layihələrin hamısını özü maliyyələşdirə bilməz. İnanaq ki, son müşavirə bütün sahələrdə müsbətə doğru ciddi dönüşün başlanğıcı olacaq".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  müşavirə bütün sahələrdə müsbətə doğru ciddi dönüşün başlanğıcı olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ