Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zelenski əsas diqqətin Baxmut istiqamətinin gücləndirilməsinə yönəldiyini bildirib

Zelenski əsas diqqətin Baxmut istiqamətinin gücləndirilməsinə yönəldiyini bildirib

Tarix: 15 Mart 2023 08:06

Ukrayna Prezidenti Volodimir Zelenski əsas diqqətin hazırda qızğın döyüşlərin getdiyi Donetsk vilayətinin Baxmut şəhəri istiqamətinin gücləndirilməsinə yönəldiyini açıqlayıb.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə dövlət başçısı ənənəvi axşam videomüraciətində danışıb.

"Qərargahın (Ali Baş Komandanın Qərargahı - red.) toplantısını keçirdim. Baş Komandan, kəşfiyyat, istiqamət komandanlarının məruzələri. Əsas diqqət "Xortitsa" qoşunların operativ-strateji qruplaşması və Baxmut üzərindədir. Bütün Qərargahın aydın mövqeyi var: bu istiqaməti gücləndirmək, rusları maksimum məhv etmək", - Ukrayna lideri vurğulayıb.

Xatırladaq ki, Baxmut uğrunda döyüşlər hələ ötən ilin avqustunda başlayıb. Cari ilin yanvar ayından döyüşlərin intensivliyi artıb. Şəhərin böyük hissəsi Ukrayna hərbçilərinin nəzarəti altında olsa da, "Vaqner" özəl hərbi şirkətinin muzdlularının simasında Rusiya qüvvələri tədricən irəliləməyi bacarıblar.

Şəhər və onun ətrafı hər iki tərəf üçün böyük strateji və mənəvi önəm daşıyır. Müharibənin ilk günlərindən atəşə tutulmağa başlayan Baxmut faktiki olaraq "kabus şəhərə" çevrilib.

Milli.Az


Etiketlər:  Zelenski əsas diqqətin Baxmut istiqamətinin gücləndirilməsinə yönəldiyini bildirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ