Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağır vəziyyətdə Bakıya gətirilən 14 yaşlı qız öldü

Ağır vəziyyətdə Bakıya gətirilən 14 yaşlı qız öldü

Tarix: 15 Mart 2023 11:02

Martın 5-i Göyçay rayonunun Kürdəmiş kəndində dəm qazından zəhərlənən yeniyetmə qız Bakıdakı xəstəxanada vəfat edib.

Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilən 2009-cu il təvəllüdlü Zahidə Samir qızı Məmmədzadə tibbi müdaxilələrə baxmayaraq, martın 14-də dünyasını dəyişib.

Qeyd edək ki, Z.Məmmədzadə yaşadığı evdə hamam otağında dəm qazından zəhərlənib, ailə üzvləri onu huşsuz halda tapıb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.


Etiketlər:  Ağır vəziyyətdə Bakıya gətirilən yaşlı qız öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ