Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Leonardo da Vinçinin anası qafqazlı imiş - FOTO

Leonardo da Vinçinin anası qafqazlı imiş - FOTO

Tarix: 17 Mart 2023 03:22

İtalyan intibah dövrünün ustad sənətkarı Leonardo da Vinçinin anası çərkəz imiş.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə italiyan yazıçı və ədəbiyyat professoru Karlo Veççe məlumat yayıb.

L'Orientale Neapolitan Universitetində italyan ədəbiyyatı professoru kimi çalışan Veççe dahi rəssam Da Vinçi üzrə əsas mütəxəssis hesab olunur.

O, Florensiya Dövlət Arxivində Leonardonun doğulmasından təxminən altı ay sonra, 1452-ci ilin noyabrında bir qadının azad edilməsinə dair imzalı sənəd aşkar edib. Notarial aktda qadının Yaqub adlı çərkəz knyazının qızı Katerina olduğu yazılıb. Sənədi notarius Pyero da Vinçi (Leonardonun atası) imzalayıb.

Alimin fikrincə, Katerina Qafqazdan Venesiyaya, ordan da Florensiyaya qul kimi gəlib. Toskana şəhərində o, toxucu kimi işləyib.

Bundan başqa o, muzdlu süd anası olub. Veççenin kəşfi Leonardonun qadının ilk övladı olmadığını deməyə əsas verir.

Milli.Az


Etiketlər:  Leonardo da Vinçinin anası qafqazlı imiş FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ