Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vladimir Putin İlham Əliyevə zəng edib

Vladimir Putin İlham Əliyevə zəng edib

Tarix: 17 Mart 2023 08:48

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, telefon danışığı əsnasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin məlum üçtərəfli razılaşmaları əsasında Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin olunmasına yönəlmiş praktiki tədbirlər müzakirə edilib.

Həmçinin regionda nəqliyyat-logistika və iqtisadi əlaqələrin inkişafı məsələlərinə dair fikir mübadiləsi aparılıb.


Etiketlər:  Vladimir Putin İlham Əliyevə zəng edib


RƏYLƏR