Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şənbə gününün HAVA PROQNOZU

Şənbə gününün HAVA PROQNOZU

Tarix: 17 Mart 2023 12:58

Martın 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sonxeber.net-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam saatlarında duman olacaq. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacaq.


Etiketlər:  Şənbə gününün HAVA PROQNOZU


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ