Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çiçək: “ABŞ-da imtahan verən oğlum ağladı ki, heç nə bilmirəm” - VİDEO - FOTO

Çiçək: “ABŞ-da imtahan verən oğlum ağladı ki, heç nə bilmirəm” - VİDEO - FOTO

Tarix: 17 Mart 2023 15:55

"Oğluma görə çox darıxıram. ABŞ-a onun yanına tez-tez gedirəm. Bu ay o qədər təyyarə bileti almışam ki, artıq gələn ayın "avansı"nı yavaş-yavaş ödəməyi bitirirəm. İşdən söylədilər ki, dörd gün istirahət edə bilərsən. Düşündüm yenidən oğlumun yanına gedim, sonra biletin pulu yadıma düşdü. Özümə dedim ki, getmə".

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki,  "Çiçək" ləqəbi ilə məşhurlaşan teleradio aparıcısı Şəhla Vakkas qonaq olduğu "Səhər mərkəzi" verilişində deyib.

ABŞ-da oxuyan oğlundan söz açan teleradio ulduzu onun təhsilindən danışıb:

"Oğlum iyunda səkkizinci sinifi bitirir. Qalan təhsilinin dörd ilini də ABŞ-da yekunlaşdıracaq. Amma verəcəyi imtahanlardan çox şey asılıdır. ABŞ-da imtahan verdi, sonra başladı ağlamağa. Hərçənd oğlum ingilis dilini səlist bilir və bu dildə təhsil alır... Dedi ki, yerlə göy qədər fərq var. Yəni ingilis dilini mükəmməl bilən uşağım gedib ABŞ-da imtahan verəndə, sən demə, heç nə bilmirmiş.

Söylədi ki, heç zaman düşünməzdim ki, belə bir suallarla - sinonim-antonimlərlə və bu tərz sözlərlə qarşılaşım. Ona görə buradan valideynlərə demək istəyirəm ki, əgər övladınızın istəyi xaricdə məktəb oxumaqdırsa, mütləq o üzrə övladlarınızı yönəldin. Çünki çox fərq var. Elə bil ki, hər şeyi biz sıfırdan başlayırıq. Çox fərq var". 

Çiçək bildirib ki, oğlunu oxumağa məcbur edib:  

"Oğluma deyirəm ki, görsəydim ki, səndə baş yoxdur, hansısa sənəti öyrənməyə yönəldərdim. Gedərdin avtomobil ustası olardın və sairə. Nəyə istedadın varsa, o üzrə də sənət seçərdin. Amma baxıb görürəm ki, oğlumda riyaziyyat başı var. Ona görə mən oğlumu silkəyə-silkəyə oxutmuşam. Hamı mənə söyləyirdi ki, özünə yazığın gəlsin.

Övladım ağlayırdı, mən ağlayırdım... Amma düşünürəm ki, istədiyimə nail oldum. Çox şükür! Valideynlərə buradan səslənirəm ki, qızlar özləri oxuyur. Amma oğlan övladlarından vaz keçməyin. Tutun, onları silkələyin. Bu çox vacibdir".


Etiketlər:  Çiçək ABŞ imtahan verən oğlum ağladı heç bilmirəm VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ