Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2023 16:02
Macarıstan ikinci divizionunda keçirilən MTK - "Diosqyor" oyunundan əvvəl son dərəcə xoşagəlməz epizod yaşanıb.
Sonxeber.net xəbər verir ki, top böyük qardaşı tərəfindən futbola gətirilən və həmin gün doğum gününü qeyd edən azyaşlı fanata verilib. Çox məharətlə driblinq edən uşaq dərhal qapıya tərəf qaçıb. O, iki dəfə rəqib qapısına qol vurmağa çalışıb. Ancaq hər iki halda uğursuzluq yaşayıb. Buna qolkiperin ona mane olması olub. İkinci zərbədən sonra qapıçı topu mərkəzə vurub. Uşaq isə ağlayaraq qardaşının qucağına qaçıb.
Uşağın qol vurmasına imkan verməyən Şenko Jomborun 20 yaşı var. Bu mövsümə qədər macar qolkiepr "Yuventus"un ikinci komandasında çıxış edib. Bu oyunun hekayəsi onun üçün heç də uğurlu alınmayıb. Şenko 4 dəfə qapısında top görüb. Azarkeşlər düşünür ki, bu, ilahi ədalətdir. Artıq gənc qapıçıya qarşı böyük nifrət yaranıb. Fanatlar ümid edirlər ki, həmin uşaq böyüyüb, kobud qapıçıya rəsmi matçda qol vuracaq və onlar da bunu tribunada qeyd edəcəklər. (publika)