Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2023 21:42
"Qarabağ"ın doqquz futbolçusunun "Qalatasaray"a qarşı keçiriləcək xeyriyyə oyununu buraxacağı dəqiqləşib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunlar Marko Veşoviç, Marko Yankoviç, Bəhlul Mustafazadə, Toral Bayramov, Elvin Cəfərquliyev, Riçard Almeyda, Filip Ozobiç, Ramil Şeydayev və Musa Qurbanlıdır.
Marko Veşoviç və Marko Yankoviç Avro-2024-ün seçmə mərhələ matçları üçün Monteneqro millisinin heyətinə dəvət alıb. Digər oyunçular isə Azərbaycan yığmasına çağırılıblar.
Qeyd edək ki, martın 26-sı Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq. Görüşün bilet satışından əldə olunan gəlir Türkiyədə baş verən güclü zəlzələdən zərər çəkənlərə göndəriləcək.