Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2019 09:08
Bakı, Trend:
Tailand şahzadəsi Maha Chakri Sirindon, mədə-bağırsaq traktının infeksiyası və iltihabını müalicə etmək üçün Çulalongkorn xəstəxanasına müraciət edib.
Trend-in məlumatına görə, həkimlər xəstəxanaya getməsini tövsiyə etməzdən əvvəl şahzadə qarın ağrısı və qızdırmadan əziyyət çəkirdi.
Tibb müəssisəsində Sirindona yoluxma və yoğun bağırsağın iltihabı diaqnozu qoyuldu və antibiotik təyin edildi. Həkimlər Sirindona müalicə üçün xəstəxanada qalmağı tövsiyə etdilər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin