Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2023 03:24
Moskvanın Rusakovskaya sahilində yerləşən "Dom v Sokolniki" kompleksinin sakini pulunu pəncərədən küçəyə səpib.
Sonxeber.net xəbər verir ki, həmin anların video görüntüsü yayılıb. O, FSB əməkdaşlarının mənzilə gəldiyini görüncə, evdə olan pulu pəncərədən küçəyə atıb.
Kadrlarda 100 və 500 avroluq əskinasların uçduğu görünür. Pul polis tərəfindən toplanıb və həmin şəxs saxlanılıb. (publika)