Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident: Ermənistan rəhbərliyini çirkin əməllərdən çəkindirmək üçün xəbərdar edirik

Prezident: Ermənistan rəhbərliyini çirkin əməllərdən çəkindirmək üçün xəbərdar edirik

Tarix: 18 Mart 2023 13:54

Əfsuslar olsun ki, bu gün İkinci Qarabağ müharibəsinin ibrət dərsi Ermənistana hələ ki, dərs olmayıb. Çünki biz görürük ki, Ermənistanda revanşist qüvvələr baş qaldırıb. Ermənistanda yenə də Azərbaycana qarşı, Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları qaldırılır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində deyib.

"Biz Ermənistan rəhbərliyini bu çirkin əməllərdən çəkindirmək üçün xəbərdar edirik. Ermənistanın arxasında dayanan bəzi ölkələri də bax, buradan - azad edilmiş Talış kəndindən xəbərdar edirik ki, əl çəkin bu çirkin əməllərdən. Azərbaycan dövlətinin, xalqının iradəsinə heç bir kənar qüvvə təsir edə bilməz", - deyə dövlətimizin başçısı bildirib.

Milli.Az


Etiketlər:  Prezident Ermənistan rəhbərliyini çirkin əməllərdən çəkindirmək üçün xəbərdar edirik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ