Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2023 09:58
Ötən gün Ekvadorda 6,9 bal gücündə zəlzələ baş verib.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 50-yə yaxın yaşayış binasına ziyan dəyib, 7 bina tamamilə dağılıb.
Xəsarət alan insanların sayının 126-ya çatdığı, 13 nəfərin öldüyü bildirilir.
Qeyd edək ki, 6,9 bal gücündə qeydə alınan təbii fəlakətin episentri 32 min insanın yaşadığı Naranhal şəhərindən 17 km cənub-qərbdə yerləşib.