Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda qadından inanılmaz addım: 4 nəfərlə əlbir olub ərinin qətlini təşkil etdi

Bakıda qadından inanılmaz addım: 4 nəfərlə əlbir olub ərinin qətlini təşkil etdi

Tarix: 19 Mart 2023 12:44

Xəbər verildiyi kimi martın 16-sı saat 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidlinin paytaxtın Sabunçu rayonunda yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Sabunçu rayon prokurorluğundan Milli.Az-a bildirilib ki, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elnur Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan şəxslər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda ibtidai istintaq davam etdirilir.

Milli.Az


Etiketlər:  Bakıda qadından inanılmaz addım 4 nəfərlə əlbir olub ərinin qətlini təşkil etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ