Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

10 kq doşaba futbolçu transfer etdilər

10 kq doşaba futbolçu transfer etdilər

Tarix: 18 Oktyabr 2019 10:32

Türkiyə futbolunda daha bir maraqlı transfer həyata keçirilib.

Qol.az xəbər verir ki, həvəskarlar liqasında mübarizə aparan “Aladağ” Oktay Karakanı 10 kq doşaba transfer edib.

Maliyyə problemləri yaşayan klub 35 yaşlı yarımmüdafiəçinin transferi üçün futbolçuya təmsil etdikləri Adanada istehsal olunan ardıc doşabı təklif edib və Karakan da buna razı olub.

Tərəflər 1 illik müqaviləyə imza atıblar. Təqdimat mərasimində futbolçuya çatacaq 10 kq doşab da təqdim olunub.

 

 


Etiketlər:  doşaba futbolçu transfer etdilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ