Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2023 23:18
Zəlzələ bölgəsinə gedən AFAD maşını 1 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza törədib.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki,hadisə axşam saatlarında Terminal qovşağında baş verib. 50 AAD 839 nömrəli avtomobil terminala doğru dönərkən Aksaraydan gələn 68 AAP 4435 nömrəli AFAD əməkdaşlarını daşıyan mikroavtobusla toqquşub. Qəza yerinə çox sayda təcili yardım, polis, yanğınsöndürən qrupları sövq edilib.
Adı hələlik müəyyən edilə bilməyən avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. AFAD avtomobilinin sürücüsü və 8 sərnişin xəstəxanaya aparılıb.