Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bir gözü ağlayan, bir gözü gülən..." - Afaq Bəşirqızı

Tarix: 21 Mart 2023 16:35

Xalq artisti Afaq Bəşirqızı instaqram səhifəsində Novruz bayramı ilə bağlı paylaşım edib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, aktrisa paylaşımında bunları yazıb:

"Xalqımın bahar bayramını, Novruz bayramını təbrik edirəm. Can sağlığı və ruzi-bərəkət arzulayıram. Çox qəribədir ki, biz bir gözü ağlayan, bir gözü gülən xalq olmuşuq. Lakin buna baxmayaraq, hər ikisini ləyaqətlə yerinə yetirə bilmişik ki, düşmən sevinməyib, dost isə qürur duyub. Biz qürur duyulası xalqıq. Bir daha bahar bayramınızı təbrik edirəm və ən böyük arzum budur ki, bu bahar elimizə, obamıza, özümüzə əmin-amanlıq, sakitlik və ruzi bərəkət gətirsin. Hamınızı öpüb bağrıma basıram".

Milli.Az


Etiketlər:  Bir gözü ağlayan bir gözü gülən Afaq Bəşirqızı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ