Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Baltik üzərində Rusiya-ABŞ təyyarələri arasında gərginlik

Baltik üzərində Rusiya-ABŞ təyyarələri arasında gərginlik

Tarix: 21 Mart 2023 19:00

Rusiyanın Su-35 təyyarəsi ilə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki B-52H strateji bombardmançı təyyarəsi arasında Baltik dənizi üzərində gərginlik yaşanıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Milli Müdafiə Nəzarəti Mərkəzi məlumat yayıb.

"Ötən gün (martın 20-si) Qərb Hərbi Dairəsinin növbətçi hava hücumundan müdafiə qüvvələrinin radiolokasiya qurğuları Baltik dənizi akvatoriyası üzərində Rusiya dövlət sərhədi istiqamətində uçan hava hədəflərini aşkar edib. Onların ABŞ Hərbi Hava Qüvvələrinin iki B-52N strateji bombardmançı təyyarəsi olduğu müəyyən edilib", - məlumtda bildirilib.

Qeyd olunub ki, Su-35 qırıcısı dövlət sərhədinin pozulmasının qarşısını alıb.

Milli.Az


Etiketlər:  Baltik üzərində Rusiya ABŞ təyyarələri arasında gərginlik


RƏYLƏR