Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan alman deputatlarla regionu müzakirə etdi

Paşinyan alman deputatlarla regionu müzakirə etdi

Tarix: 22 Mart 2023 07:48

Ermənistan Baş naziri Nikol Paşinyan Almaniya Bundestaqının spiker müavini Tabea Rösnerin başçılıq etdiyi Almaniya-Cənubi Qafqaz Dostluq Qrupunun üzvlərini qəbul edib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, Paşinyan Ermənistanın Almaniya ilə tərəfdaşlığa önəm verdiyini bildirib.

Almaniyaya səfərini dəyərləndirən Paşinyan bunu səmərəli adlandırıb və Berlindən xoş təəssüratlarla qayıtdığını qeyd edib.

Bundan əlavə, tərəflər regiondakı vəziyyət, təhlükəsizlik çağırışları və sülh gündəliyi ətrafında fikir mübadiləsi aparıblar. Baş nazir bu kontekstdə AB-nin uzunmüddətli müşahidə missiyasının rolunu vurğulayıb.

Paşinyan həmçinin almaniyalı deputatlarla Qarabağ, o cümlədən Laçın dəhlizindəki vəziyyəti müzakirə edib.


Etiketlər:  Paşinyan alman deputatlarla regionu müzakirə etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ